Yeni məhsul üçün proqram buraxılışı gözləmirsiniz.
Forma, siyahı və iş axını konfiqurasiya ilə dəyişir. Dəyişiklik əvvəlcə qaralamada yoxlanır, istifadəçi yalnız yayımlanmış versiyanı görür.
CoreBS · maliyyə təşkilatları üçün əsas platforma
Lombard, kredit təşkilatı, lizinq və bank əməliyyatlarını bir yerdən idarə edin. Ekranlar və iş axınları proqram buraxılışı gözləmədən dəyişir, məlumat isə öz serverinizdə qalır.
Real ekranlar
Aşağıdakı ekranlar CoreBS-in demo mühitindən çəkilib, datası nümunədir.
Hər modul üçün kimin təsdiqlədiyi, neçə pillə və hansı məbləğdən — bir cədvəldə.
Forma, siyahı və iş axını konfiqurasiya ilə dəyişir. Dəyişiklik əvvəlcə qaralamada yoxlanır, istifadəçi yalnız yayımlanmış versiyanı görür.
Təsdiq siyasəti modula, rola və məbləğə görə qurulur. Son imza ilə icra eyni anda baş verir — yarımçıq qalmış əməliyyat olmur.
Müqavilə, qəbz və arayış şablonları sistemdəki datadan hazırlanır, versiyalanır və arxivdə saxlanılır.
Hər biri üçün ayrıca proqram yox — eyni platformada ayrıca tətbiq.
İşinizi və mövcud sistemlərinizi dinləyirik, CoreBS-i sizin əməliyyat növlərinizə yaxın ssenari ilə göstəririk.
Seçdiyiniz bir-iki proses üzrə sınaq mühiti qururuq, komandanız onu real ssenarilərlə yoxlayır.
Sistem sizin serverinizdə qurulur, istifadəçilər öyrədilir və dəstək başlayır.
CoreBS təşkilatınızın öz infrastrukturunda quraşdırılır və qapalı şəbəkədə işləyə bilir. İnterfeys, xəta mesajları və sənədlər Azərbaycan, ingilis və rus dillərindədir.
Uruk · e.ə. ~3300–3000
Məlum ən qədim yazılı lövhələrin çoxu Uruk şəhərindən gəlir və onlarda şeir yox, hesab yazılıb: taxıl, heyvan, borc. Şəhərin əsas məbədlərindən biri göy tanrısı Anuya həsr olunmuşdu. ANUM adı bu hekayəyə və dörd təsisçinin adlarının baş hərflərinə işarədir.
Loqodakı işarə AN-dır: şumer dilində «göy», həm də Anu tanrısının adı bu işarə ilə yazılırdı. Loqodakı və lövhədəki işarələr real mixi işarələrdir, Unicode standartındakı sonrakı dövr formasında verilib.
Sualınız varsa və ya CoreBS-i yaxından tanımaq istəyirsinizsə, zəng edin — görüş vaxtını birlikdə təyin edək.